Koma Music — Kazım Can | Canlı ifa, toy və tədbir musiqisi
KOMA MUSIC KOMA MUSIC
+994 55 785 90 90 Rezervasiya et
+994 55 785 90 90
KOMA MUSIC KOMA MUSIC
Rezervasiya et
Zəng et WhatsApp
Musiqi leybli

Koma Music Group

Toy, nişan, ad günü və korporativ tədbirlər üçün canlı ifa hər tədbirə uyğun fərdi repertuar.

KƏŞF ET
01 Xidmətlər

Yaradıcılığınız üçün

Mahnı və cinql sifarişi Hekayənizə yazılan xüsusi mahnı və ya brendiniz üçün yadda qalan cinql. Sifariş et →

Tədbirləriniz üçün

Toy & Nişan Həyatınızın ən vacib günü üçün canlı ifa və zövqlə seçilmiş repertuar. Məclisin səmimiyyətinə köklənmiş proqram. Sifariş et → Ad günü Şəxsi zövqünüzə uyğun sevdiyiniz mahnılar canlı səslə. Sifariş et → Korporativ tədbirlər Şirkət gecələri və qala tədbirləri üçün peşəkar səhnə təcrübəsi. Sifariş et → Konsertlər Solo konsert proqramları, festival və şəhər tədbirlərində çıxışlar. Sifariş et →
02 Musiqi, Layihələr
170M+ YouTube izlənmə
SerotoninKazım Can1M S.O.SAygün Kazımova63M ParolAygün Kazımova25M GünahkaramKazım Can4.8M Danış mənimləKazım Can19M Mən BeləyəmGünay İbrahimli12M Ad GünüMiri Yusif15M HərdənMiri Yusif8.2M OynaMiri Yusif7.4M MənimləKazım Can3.6M 1Kazım Can ft Aygün Kazımova13M DostaRöya ft Kazım Can449K
Videolar
Dosta — Rəsmi Klip
Toy ifası, canlı çıxış
Konsert, Bakı
Studiya sessiyası
Klip Backstage
03 Haqqımızda
Kazım Can portreti
Bəstəkar

Kazım Can

bəstəkar və müğənni

Kazım Can Azərbaycan müğənnisi və bəstəkarıdır. Onun səsi toy məclislərindən konsert səhnələrinə qədər minlərlə dinləyicinin xatirəsində iz qoyub.

Koma Music bir səs və bir komandadır. Leyblin mərkəzində Kazım Canın səsi dayanır; bəstəkar, söz yazarı, videoqraf, beatmaker və DJ-dən ibarət komanda isə hər çıxışın arxasında durur.

Platformalarda dinlə
Komanda

Səhnədə bir səs, arxasında bütöv komanda.

OGB
OGB Menecer Instagram
Clavis
Clavis Prodüser Instagram
Ali Gee
Ali Gee Beatmaker Instagram
Xanlar
Xanlar Videoqraf Instagram
Şəhriyar
Şəhriyar Söz yazarı Instagram
Baro
Baro Rəqəmsal menecment Instagram
04 Necə işləyirik

Sifarişdən səhnəyə üç addım

01 Müraciət Formu doldurun və ya Instagram-dan yazın. Tarix, məkan və tədbirin formatı ilə tanış oluruq.
02 Razılaşma Proqramın müddəti və texniki şərtlər təsdiqlənir. Tarix sizin adınıza ayrılır.
03 Playlist seçimi Mahnı siyahısını birlikdə seçirik: canlı ifa, orijinal bəstələr, sifarişlə mahnı.
Rezervasiya et Sorğunuza 24 saat ərzində cavab veririk.
05 Əməkdaşlıq

Bizimlə çalışan brendlər və tərəfdaşlar.

AVF Buzz Cola CELT Colleges Kristal AbşeronKristal Abşeron Sleepy Nar Laminar Su ArıtmaLaminar Su Arıtma AVF Buzz Cola CELT Colleges Kristal AbşeronKristal Abşeron Sleepy Nar Laminar Su ArıtmaLaminar Su Arıtma
06 Əlaqə və Rezervasiya

Məkan və Tarix

Formu doldurub, tarix və məkan bilgilərini daxil edin.

Birbaşa əlaqə
+994 55 785 90 90

{{ sentTitle }}

{{ sentBody }}

{{ subjectLabel }}
{{ sSubject }}
{{ dateLabel }}
{{ sDate }}
{{ timeLabel }}
{{ sTime }}
{{ monthLabel }}
{{ w }}
Keçmiş tarixlər üçün rezervasiya mümkün deyil.
Seçilmiş tarix
{{ selDisplay }}
{{ err }}

{{ privacyPre }}{{ privacyPost }}

Məxfilik siyasəti Kuki siyasəti İstifadə şərtləri Son yenilənmə: avqust 2026

Koma Music (bundan sonra «biz») saytdan istifadə edən şəxslərin şəxsi məlumatlarının qorunmasına diqqətlə yanaşır. Bu siyasət hansı məlumatları topladığımızı, nə üçün istifadə etdiyimizi və hüquqlarınızı izah edir.

Topladığımız məlumatlar

Rezervasiya formu vasitəsilə yalnız sizin könüllü təqdim etdiyiniz məlumatları alırıq: ad-soyad, e-poçt, telefon nömrəsi, tədbirin mövzusu, tarixi, saatı, məkanı və mesajınız. Saytda ödəniş qəbul edilmir, kart məlumatları toplanmır.

İstifadə məqsədi

Məlumatlar yalnız müraciətinizə cavab vermək, tarixin boş olduğunu təsdiqləmək, təklif hazırlamaq və tədbirin təşkilatı üçün istifadə olunur. Marketinq məqsədli kütləvi göndərişlər üçün icazəniz olmadan istifadə edilmir.

Üçüncü tərəflərlə paylaşım

Məlumatlarınız satılmır və reklam şəbəkələrinə verilmir. Yalnız tədbirin icrası üçün zəruri hallarda komanda üzvləri ilə (məsələn, DJ və ya səs qrupu) və qanunla tələb olunduqda səlahiyyətli orqanlarla paylaşıla bilər.

Saxlama müddəti və təhlükəsizlik

Müraciətlər tədbirdən sonra ən çox 24 ay saxlanılır, sonra silinir. Məlumatlara yalnız Koma Music komandasının məsul üzvləri çıxış əldə edir.

Hüquqlarınız

Məlumatlarınıza baxmaq, düzəliş etmək və ya tamamilə silinməsini tələb etmək hüququnuz var. Bunun üçün +994 55 785 90 90 nömrəsi ilə əlaqə saxlayın, info@koma-music.com ünvanına yazın.

Kukilər brauzerinizdə saxlanan kiçik mətn fayllarıdır. Bu sayt kukiləri minimum həcmdə istifadə edir.

Zəruri kukilər

Saytın işləməsi üçün lazımdır: seçdiyiniz dil və gecə/gündüz rejimi brauzerinizdə yadda saxlanılır ki, növbəti dəfə eyni görünüşlə açılsın. Bu məlumat serverə göndərilmir.

Üçüncü tərəf məzmunu

Səhifədə YouTube videoları, Apple Music və Spotify keçidləri yerləşdirilib. Bu məzmunu açdıqda həmin platformalar öz kukilərini təyin edə bilər — onlar öz məxfilik siyasətlərinə tabedir.

İdarəetmə

Brauzerinizin parametrlərindən kukiləri silə və ya bloklaya bilərsiniz. Zəruri kukilər söndürüldükdə dil və rejim seçimi yadda saxlanmayacaq, digər funksiyalar isə işləməyə davam edir.

Bu saytdan istifadə etməklə aşağıdaki şərtləri qəbul edirsiniz.

Xidmətlərin əhatəsi

Koma Music toy, nişan, ad günü, korporativ tədbir və konsertlərdə canlı ifa, həmçinin sifarişlə mahnı və cinql hazırlanması xidmətləri təqdim edir. Saytdaki mətnlər təqdimat xarakteri daşıyır və özlüyündə müqavilə təşkil etmir.

Rezervasiya

Formanın göndərilməsi sorğu deməkdir, tarixin qəti şəkildə ayrılması demək deyil. Tarix yalnız bizim yazılı və ya şifahi təsdiqindən sonra rezervasiya sayılır. Şərtlər, proqramın müddəti və qiymət hər tədbir üçün ayrıca razılaşdırılır.

Ləğv və dəyişikliklər

Tarix və ya proqramda dəyişiklik zərurəti yaranarsa, mümkün olan ən qısa müddətdə bizə məlumat verin. Fors-major hallarda tərəflər alternativ tarix üzərində razılaşmağa çalışır.

Müəllif hüquqları

Saytdaki loqo, foto, video, mahnı və mətnlər Koma Music və müvafiq hüquq sahiblərinə aiddir; icazəsiz kommersiya məqsədli istifadəsi qadağandır. Repertuarda göstərilən başqa ifaçıların mahnıları öz müəlliflərinə aiddir və yalnız canlı ifa nümunəsi kimi qeyd olunur.

Əlaqə

Suallar üçün: +994 55 785 90 90 · info@koma-music.com.